“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya Super Kubokunun yarımfinalında Bilbao “Atletik”i üzərində qələbəni (2:0) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz bu qələbəyə layiq idik. Başa düşürəm ki, oyun ərzində biz həmişəki kimi üstünlüyə malik deyildik. Bizim tərəfimizdən nəzarət əskik idi, amma mən xoşbəxtəm. Bizm məqsədimiz finala yüksəlmək idi və şadıq ki, ora “quru” hesabla yüksəldik”, deyə Hansi Flik vurğulayıb.
İspaniya Super Kubokunun final oyunu yanvarın 12-də, Bakı vaxtı ilə saat 23:00-da, həmçinin Səudiyyə Ərəbistanında keçiriləcək. Kataloniya klubunun rəqibi bu gün, yanvarın 9-da keçiriləcək “Real” – “Malyorka” oyununda müəyyənləşəcək.