Finlandiya-Rusiya sərhədi Finlandiya hakimiyyətinin hiss etdiyi təhdidlərə görə yaxın gələcəkdə bağlı qalacaq. AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə Finlandiyanın baş naziri Petteri Orpo bildirib."Təhlükənin qiymətləndirilməsi yerindədir. Rusiyanın hərəkətləri dəyişməyib" - deyən baş nazir Rusiyanın keçid məntəqələri açılacağı təqdirdə etibarlı səyahət sənədləri olmayan şəxslərin sərhədi keçməsinə icazə verə biləcəyini deyib: “Ona görə də indi sərhədi hətta eksperimental olaraq da açmaq mümkün deyil”.Finlandiya hökuməti üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axınını əsas gətirərək 2023-cü ilin noyabrında Rusiya Federasiyası ilə sərhəddə nəqliyyat vasitələrinin keçid məntəqələrini bağlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta