AZ

“Yeni 2 tələb Rusiyada azərbaycanlılara qarşı qüvvəyə minmiş qaydalara adekvatdır”

Yazını böyüt
Yazını kiçilt

“Rusiya hökuməti yanvarın 1-dən miqrasiya sahəsində nizam-intizam yaratmaq üçün miqrasiya qanunvericiliyinə müəyyən sərtləşdirici elementlər tətbiq etməyə başlayıb. Bu sərtləşdirici elementlər bilavasitə ölkə ərazisində olma müddəti, sonrakı mərhələdə məktəblərdə təhsil alan uşaqların bir qayda olaraq rus dilində danışması ilə bağlıdır. Fevral ayından etibarən isə bir neçə struktur inzibati xəta törədənlərin ölkə ərazisindən çıxarılmasına dair qərar qəbul edə bilər. Bu da onu göstərir ki, Rusiya hökuməti ölkə ərazisində yaşayan miqrantlarla bağlı nizam-intizam yaratmaq üçün bu siyasətin daha mütəşəkkil qaydada tədbirlər görmək istəyir”.

Bu fikirləri Hafta.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində paritetlik və qarşılıqlılıq prinsipi mövcuddur: “Miqrasiya sahəsində paritetlik və qarşılıqlılıq məsələsi özünü daha qabarıq şəkildə biruzə verir. Yəni, bu məsələdə qarşı tərəf hansı qaydaları tətbiq edirsə, digər dövlət də həmin ölkənin rezidentlərinə o qaydaları tətbiq etmək hüququna malikdir. Artıq Azərbaycanda da yanvarın 1-dən qəbul edilən yeni qaydaya əsasən Rusiya vətəndaşı ölkə ərazisində 90 gün qala bilər. Əgər həmin ölkənin vətəndaşı Azərbaycanda daha uzunmüddətli qalmaq niyyətindədirsə, 7 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əvvəl bu müddət 15 gün idi. Nəticə etibarilə, yeni iki vacib tələb Rusiyada Azərbaycan vətəndaşlarına münasibətdə qüvvəyə minmiş qaydalara adekvat addımdır”.

Seçilən
12
hafta.az

1Mənbələr