AZ

Türkiyəyə qeyri-neft məhsullarının ixracı kəskin azaldı

Türkiyə Azərbaycandan qeyri-neft məhsullarının alışını azaldıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 11 ayında Azərbaycandan Türkiyəyə qeyri-neft məhsullarının ixracı 507,1 milyon dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 221 milyon dollar azdır.

Nəticədə, Türkiyənin, Azərbaycanın qeyri-neft məhsullarının ixracındakı payı da azalıb. Ötən ilin 11 ayında Türkiyənin payı, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,02 faizdən 16,41 faizə düşüb.

Ötən ilin ilk 11 ayında Azərbaycandan ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac olunub. Belə ki, bu ölkə Azərbaycandan 1,1 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları idxal edib.


Müəllif: Bəkir Nərimanoğlu
Seçilən
38
50
teleqraf.com

10Mənbələr