İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behruz Esbati İranın Suriyada “böyük məğlubiyyətə uğradığını”, lakin hələ də ölkədə fəaliyyət göstərməyə çalışacağını bildirib. Onun çıxışının audio yazısı Abdi Media saytı tərəfindən yayımlanıb və The New York Times (NYT) buna diqqət çəkib.
Nəşrin məlumatına görə, general ötən həftə Tehrandakı məsciddə çıxış edib və onun çıxışı İran rəhbərliyinin Suriyadakı “strateji itkilərin miqyasını azaltmağa həftələr sərf edən” bəyanatlarından “kəskin ziddiyyət təşkil edib”. Esbati Rusiyanı “Rusiya təyyarələri Suriya üsyançılarını bombaladığı halda, əslində açıq sahələrə bombalar atırdı” iddiaları ilə İranı çaşdırmaqda ittiham edib. 2024-cü ildə İsrail Suriyadakı İran hədəflərinə zərbələr endirərkən Rusiya “radarları söndürüb və bu da hücumları effektiv şəkildə asanlaşdırım”, – general bildirib. O, həmçinin deyib ki, İranın Suriya prezidenti Bəşər Əsədlə münasibətləri onun istefasından əvvəlki aylarda gərgin olub. “Mən hesab etmirəm ki, Suriyanın itirilməsi fəxr olunası bir şeydir. “Biz məğlub olduq və məğlubiyyət çox güclü oldu, çox güclü zərbə aldıq və çox çətin oldu” -Behruz Esbati vurğulayıb.
//Samir Qurbanov, Editor.az