AZ

ABB inzibati məsuliyyətə cəlb edildi - Gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycan Beynəlxalq Bankı (ABB) gömrük qaydalarını pozmaqda ittiham edilir. 

Hit.az xəbər verir ki, ABB barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. 

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

Yanvarın 17-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək. 

496.1-ci maddəyə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Abbas

Seçilən
26
hit.az

1Mənbələr