AZ

İsrail Suriyanın kantonlara bölünməsini təklif edir

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İsrail Suriyanın ərazisinin  müxtəlif etnik qrupların maraqları çərçivəsində yenidən bölünməsini təklif edir. Tel-Əviv bu təklifini Suriya üzrə beynəlxalq konfransın iştirakçılarının müzakirəsinə təqdim etməyi planlaşdırır.

İsrail mətbuatının yazdığına görə, ölkə hakimiyyəti Suriyadakı vəziyyətlə bağlı müxtəlif ssenariləri nəzərdən keçirir. Bu tədbirlərdən biri Suriya ərazisinin etnik prinsiplərlə bölünməsi ola bilər.

Bu təklfi İsrailin energetika sahəsinin rəhbəri Eli Kohen səsləndirib. Nairin sözlərinə görə, müxtəlif etnik qrupların, ilk növbədə kürdlərin və druzların maraqlarını təmin etmək üçün Suriyanı kantonlara (kanton - bəzi ölkələrdə inzibati ərazi bölgüsü) ayırmaq olar. Kohen bu təklifin Suriya ilə bağlı beynəlxalq hipotetik konfransda müzakirə edilə biləcəyini qeyd edib. Konfrans Suriyadakı müxtəlif tərəflərin arasındakı ziddiyyətlərin həll edilməsi məqsədilə keçiriləcək.

İsrailin hərbi-siyasi rəhbərliyi bildirib ki, konfransın uğurla nəticələnəcəyi halda, İsrail öz qüvvələrini Suriyadan çıxara biləcək.

Hürr Tərcüman

 

Seçilən
10
hurriyyet.az

1Mənbələr