AZ

Tramp senatorlarla Kanadanın ABŞ-ın 51-ci ştatı olması məsələsini müzakirə edib - CNN

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp senatorlarla Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulması perspektivini müzakirə edib.

“İki sahil” xəbər verir ki,  bu haqda CNN məlumat yayıb.

Bu barədə CNN-nin əməkdaşı Heyli Talbota Oklahomadan olan senator Markveyn Mullin məlumat verib.

"Biz Kanadanın 51-ci ştat olması haqqında çox danışdıq... bu, əyləncəli idi" - deyə Talbot onun sözlərindən sitat gətirib.

Bundan əvvəl Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ-ın tərkibində Qrenlandiya və Kanadanın daxil olduğu xəritəni dərc edib.

O qeyd edib ki, ABŞ-ın nə üçün Kanadaya hər il 100 milyon dollardan çox subsidiyalar ayırdığını başa düşmür.

Seçilən
9
ikisahil.az

1Mənbələr