“The Jerusalem Post” qəzetinə danışan iki israilli rəsmiyə görə, iclasda bölgədə artan Türkiyə nüfuzu və bunun İsrailə mümkün təsirləri müzakirə edilib.
İclasda İsrail müdafiə naziri Yisrael Katz, xarici işlər naziri Qideon Saar, Baş Qərargah rəisi Herzi Halevi və digər yüksək vəzifəli şəxslərin iştirak etdiyi bildirilib. Toplantının Orta Şərqdə artan Türkiyə təsirini və bunun İsrailə qarşı "təhlükə səviyyəsində dəyişiklik" olub-olmadığını qiymətləndirmək üçün təşkil edildiyi qeyd olunub.
Bir israilli rəsmiyə görə, baş nazir Binyamin Netanyahunun da yaxın günlərdə Türkiyənin bölgədə artan təsiri ilə bağlı iclas keçirməsi gözlənilir. Netanyahunun tapşırığı ilə yaradılan Nagel Komitəsinin müdafiə büdcəsi və təhlükəsizlik strategiyasına dair son hesabatında Tel-Əviv rəhbərliyinin Türkiyə ilə "mümkün bir müharibəyə" hazırlıqlı olması lazım olduğu irəli sürülmüşdü.