Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Onlar hesab edir ki, misal üçün, Avropa Parlamentində Azərbaycanın iştirakı belə olmadan müzakirə keçirib, anti-Azərbaycan qətnamə qəbul etmək olar. Yaxud da ki, ayrı-ayrı Qərb dövlətlərinin parlamentləri Azərbaycanla bağlı müzakirələr keçirə, bura Azərbaycanl dəvət etməyə və yenə də Azərbaycanla bağlı qərar qəbul edə bilərlər. Yəni bu əslinə qalanda öz iradələrini zorla bizə diktə etmək cəhdləridir. Ona görə də, Azərbaycan Prezidenti, Azərbaycan dövləti öz ləyaqətini qorumaq üçün bu cür qurumlardan və bu cür dövlətlərdən məsafəli davranır. Yəni biz birmənalı şəkildə bütün dövlətlərə illərdir anlatmağa çalışırıq ki, ikitərəfli münasibətlər qarşılıqlı hörmət və etimad əsasında formalaşmalıdır. Amma Qərbdə bəzi dövlətlər və qurumlar hesab edir ki, onlar diktə etməlidir, Azərbaycan da onların diktəsi ilə oturub -durmalıdır. Əlbəttə ki, biz buna yol verə bilmərik. Ona görə də, cənab Prezident İlham Əliyev bütün çıxışlarında, bütün müsahibələrində birmənalı şəkildə qeyd edir ki, kimsə Azərbaycanla danışmaq istəyirsə, buyursun, müzakirə yolu açıqdır. Kimsə Azərbaycana nəsə diktə etmək fikrindədirsə, bu fikrindən daşınsın. Çünki Azərbaycan heç kimin diktəsi ilə oturub-duran deyil. Həqiqətən də, bütün bu müstəqillik dövrümüzdə biz gördük və əmin olduq ki, Azərbaycan dövləti kimsənin diktəsi ilə oturub-durmur, qərarları da özü verir, icrasını da özü gerçəkləşdirir. Necə ki, 30 ilə yaxın bir müddətdə torpaqlarımız Ermənistanın işğalı altında idi, bizim yerimizə başqa qurumlar, başqa dövlətlər qərar verməyə, məsələni guya həll etməyə çalışırdı, amma nəticədə nə oldu? Biz özümüz qərar da verdik, məsələni kökündən də həll etdik. Ona görə də, heç kimsə bizə ağıl öyrətməsin və nəsə diktə etməsin".