Zatulin Ermənistan hökumətinin Aİ-yə daxil olmağa başlaması ilə bağlı qanun layihəsini dəstəkləmək qərarını “xəyanət” adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Rusiya Dövlət Dumasının deputatı və MDB işləri üzrə komitənin sədr müavini Konstantin Zatulin Ermənistan hökumətinin Aİ-yə daxil olmağa başlaması ilə bağlı qanun layihəsini dəstəkləmək qərarını “xəyanət” adlandırıb.
Zatulinin fikrincə, Aİ-nin üzvü olan Qərb ölkələri Ermənistanı “qısa bir kəndirdə” saxlayacaqlar, bu da ölkənin Avrasiya İttifaqından çıxması deməkdir.
O qeyd edib ki, “Paşinyan Rusiya və Avrasiya İttifaqının digər üzvləri ilə münasibətlərə xəyanət etmək yolundadır, özünün fikrincə, postsovet məkanının qucağından çıxmağa çalışır”.
Xuraman Etibarlı
İnterpress.az