Xəzinə və Maliyyə Nazirliyi Türkiyədə Ailələrə Dəstək Proqramının nazir Mehmet Şimşək tərəfindən dayandırıldığı iddiasını təkzib edib.
Publika.az xəbər verir ki, açıqlamada ictimaiyyətin düzgün məlumatlandırılması üçün məsələyə aydınlıq gətirilməsinin vacibliyi vurğulanıb.
"Proqram müvəqqəti olduğu üçün nazirin imzasına ehtiyac olmadan avtomatik olaraq dayandırıldı. Sosial Xidmətlər Nazirliyi tərəfindən həyata keçirilən Türkiyə Ailələrə Dəstək Proqramı 2022-ci ilin iyun ayında müvəqqəti olaraq başlamış və nəzərdə tutulan müddətdə təbii olaraq sona çatan bir proqramdır. Xəzinə və maliyyə naziri proqramın dayandırılması ilə bağlı heç bir göstəriş verməyib. Bu kontekstdə mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir”.
Bəyanatda qeyd olunub ki, bu ilin büdcəsində hərtərəfli sosial dəstək sisteminə vəsait ayrılıb və cəmiyyətin hər bir təbəqəsi nəzərə alınıb:
"Fiziki qüsurlu şəxslərdən tutmuş 65 yaşdan yuxarı olanlara, sosial təminatı olmayanlara, aztəminatlı ailələrə sosial yardımlarımızı geniş perspektivlə davam etdiririk.