AZ

Alimlər qidanın insan genlərinə necə təsir etdiyini kəşf ediblər

Stenford Tibb Məktəbinin alimləri aşkar ediblər ki, lif (bitki lifi) bağırsaqlarda həzm olunduqda qısa zəncirli yağ turşuları əmələ gəlir ki, bu da nəinki enerji mənbəyi kimi xidmət edir, həm də gen funksiyasına birbaşa təsir edərək orqanizmi gücləndirir.

Araşdırmanın nəticələri Nature Metabolism jurnalında dərc olunub. Alimlər propionat və butirat turşularının müxtəlif kontekstlərdə gen ifadəsini necə dəyişdirdiyini tədqiq ediblər: sağlam insan hüceyrələrində, müalicə olunan və müalicə olunmayan kolon xərçəngi hüceyrələrində və siçanların bağırsaqlarında. Nəticələr göstərib ki, bu birləşmələr hüceyrə proliferasiyasını, diferensiasiyasını və apoptozu tənzimləyən spesifik genlərdə epigenetik dəyişikliklərə səbəb olur. Bu proseslər xərçəngin altında yatan nəzarətsiz hüceyrə artımına nəzarət etmək üçün vacibdir.

“Biz lif qəbulu və anti-xərçəng effektləri ilə gen funksiyasının modulyasiyası arasında birbaşa əlaqə tapdıq. Bu, çox güman ki, qlobal mexanizmdir, çünki qısa zəncirli yağ turşuları bütün bədənə yayıla bilər”, – Stanford Universitetinin professoru Maykl Snayder bildirib. O, əlavə edib ki, müasir diyetlər tez-tez aşağı lif qəbulunu tələb edir və bu, mikrobiom tərəfindən bu qidaların istehsalını məhdudlaşdıraraq sağlamlığa mənfi təsir göstərir.

//Gülnarə Abasova, Editor.az

 

 

 

Seçilən
36
editor.az

1Mənbələr