Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür.
AzPost Kulis.az-a istinadla “Atamın xatirəsi” layihəsindən onun oğlu Bəhlul Yaqubovla müsahibəsini təqdim edir.
– Biz Zəlimxan bəyi həmişə deyib-gülən, şən, şux görmüşük. Bəs evdə necə idi?
– Çox yaxşı ata, çox yaxşı dost idi. Köhnə kişilər necə idisə elə. Elə evdə də efirdəki kimi idi. Saza-sözə, folklora bağlı adam idi. Müasirliyə yox, xalqımızın adət-ənənələri ilə yaşamağa meyilli idi.
– Yəni mühafizəkar idi.