ABŞ-ın hazırkı lideri Co Bayden oğlu Hanterin Malibudakı evi Kaliforniya ştatında baş verən yanğınlar nəticəsində tamamilə yanıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşrin məlumatına görə, binanın dəyəri 4 milyon dollar qiymətləndirilir.
“Döşəmədən tavana qədər pəncərələri olan, ağ rəngə boyanmış mənzərəli bina getdi. Onun yerində yalnız iki tüstü bacası və yanmış dağılmış hörgü yığını qaldı”, - məlumatda deyilir.