AZ

Çin hökuməti meymunçiçəyinin yeni ştammına görə təcili tədbirlərə başladı

Bakı. Trend:

Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi meymunçiçəyivirusunun "Ib" alttipinin yeni ştammının klaster partlayışını aşkaredib.

Trend xəbərverir ki, bu barədə mərkəzin rəsmi saytında yerləşdirilən bəyanatdadeyilir.

Bildirilib ki, infeksiyanın mənbəyi əcnəbi vətəndaşdır. Onun birmüddət əvvəl Konqo Demokratik Respublikasına səyahət etdiyi vəorada yaşadığı öyrənilib.

Klaster partlayışı - qısa müddət ərzində müəyyən coğrafi ərazidəvə ya müəyyən insan qrupu arasında bir neçə xəstəlik (infeksiya)halının qeydə alındığı vəziyyətdir. Bu, xəstəliyin insandan insanakeçdiyini və ya ümumi infeksiya mənbəyi (məsələn, çirklənmiş qida,su və ya digər amil) ilə əlaqəli olduğunu göstərə bilər.

Klaster partlayışları çox vaxt epidemioloji araşdırmalarınaparılması, risklərin qiymətləndirilməsi və infeksiyanın daha dayayılmasının qarşısının alınması üçün səhiyyə orqanları tərəfindənxüsusi diqqət tələb edir.

Bununla əlaqədar olaraq Çin hökuməti Çjetszyan, Quandunəyalətləri, Pekin, Tyantszin şəhərləri də daxil olmaqla bir çoxərazilərdə epidemioloji araşdırma, risklərin qiymətləndirilməsi,xəstələrin diaqnostikası, həmçinin müalicəsi üçün birgəprofilaktika və nəzarət mexanizmini təcili şəkildəaktivləşdirib.

Yoluxmuş şəxslə sıx təmasda olan insanlar arasında dörd əlaqəlihal aşkar edilib. Onlarda səpgi və herpes kimi nisbətən yüngülgedişatlı simptomlar müşahidə olunur.

Seçilən
17
9
az.trend.az

10Mənbələr