"Ayntraxt Frankfurt"un hücumçusu Ömər Marmuş "Mançester Siti"yə keçməyə yaxınlaşıb.
90deqiqe.Az xəbər verir ki, Alman klubunun idman direktorunun misirlini saxlamaq niyyəti ilə bağlı son açıqlamalarına baxmayaraq, "Vətəndaşlar" razılığa gəlməkdə israr etməkdə davam edir və görünür, frankfurtluların tələblərini yerinə yetirə biləcəklər.
"Mançester Siti" transfer üçün tələb olunan 80 milyon avronu ödəməyə hazırdır. Artıq tərəflər şifahi razılaşmaya yaxındırlar. Futbolçu özü də yaxın vaxtlarda ingilis nəhənglərinin sıralarına qoşulmaq istəyir.
Ömər Marmuş bu mövsüm "Ayntraxt"ın heyətində 24 oyunda 18 qol vurub və 12 məhsuldar ötürmə edib.