26 yaşlı qadın ərini dişləyib, boynundan bıçaqladığı üçün həbs olunub.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 7-də, saat 15:00 radələrində Türkiyənin Seyhan əyaləti, Sefa Özler küçəsində ictimai avtobusda baş verib.
Avtobus sürücüsü Mehmet A. ilə həyat yoldaşı Sabriye A. bir müddət əvvəl aralarında yaranan ciddi fikir ayrılıqları səbəbiylə boşanmaq qərarına gəlib və ayrı yaşamağa başlayıblar.
Həftə sonu 2,5 yaşlı oğlunu özü ilə aparan Mehmet A.-nın onu qardaşının evində qoyub getdiyi iddia edilib. Oğlunun yerini öyrənə bilməyən ana şəhərin mərkəzindəki dayanacaqda ərinin olduğu xətt üzrə avtobusları bir-bir yoxlayıb. Ərinin sükan arxasında olduğunu görən Sabriyye A. arxa qapıdan avtobusa minərək sürücü hissəsinə doğru irəliləyib.