AZ

“Fənərbaxça”dan Türkiyə Kubokunda 3 cavabsız qol

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 1-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.

B qrupu çərçivəsində “Qaziantep” doğma meydanda “İstanbulspor”u 4 cavabszı qolla məğlub edib. “Kasımpaşa”nın qonağı olan “Fənərbaxça” da ilk oyununda darmadağına sevinib. Səfərdə “Ərzurumspor”la qarşılaşan “Göztəpə”yə isə qələbə üçün bir qol bəs edib.

C qrupunun yeganə oyunu da “Çorum”la “Konyaspor” arasında baş tutub. Konya təmsilçisi də səfərdə tək qolla vacib 3 xal qazanıb.

Türkiyə Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunlarına fevralın 5-də start veriləcək.

Türkiyə Kuboku
Qrup mərhələsi
7 yanvar

B qrupu
Qaziantep – İstanbulspor 4:0
Kasımpaşa – Fənərbaxça 0:3
Ərzurumspor – Göztəpə 0:1

C qrupu
Çorum – Konyaspor 0:1

Seçilən
22
arena.az

1Mənbələr