Bakı. Trend:
Çin Prezidenti Si Cinpin ABŞ-ın yeni seçilmiş prezidenti DonaldTrampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə yüksəksəviyyəli rəsmi göndərəcək.
Trend xəbər verirki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumatyayıb.
Qəzetin mənbələrinə görə, Çin nümayəndəsi mərasim çərçivəsindəDonald Trampla da danışıqlar aparacaq. FT-nin məlumatına əsasən,andiçmədə ÇXR-in sədr müavini Han Çjene və ya Xarici İşlər NaziriVan İ iştirak edə bilər.
Həmçinin, mənbələr vurğulayır ki, Si Cinpin tərəfindən yüksəksəviyyəli nümayəndənin göndərilməsi Vaşinqtonla münasibətlərinpozitiv bir əsasda başlaması üçün xüsusi əhəmiyyət daşıyır. FT-ninməlumatına görə, bu jest Pekin tərəfindən ABŞ-Çin əlaqələrinəverilən dəyəri əks etdirir.
Bir mənbə qeyd edib: "Çin tərəfi münasibətlərin yaxşıbaşlamasını təmin etmək üçün yüksək səviyyəli nümayəndəgöndərməlidir."