AZ

Hindistanda diplomatlar üçün dəyirmi masa elan olunub

Hindistanın müdafiə naziri Racnat Sinq 150-dən çox dost ölkənin səfirləri və ali komissarları üçün qarşıdan gələn “Aero India 2025” hərbi və mülki aerokosmik sərgi ilə bağlı dəyirmi masa keçirəcək...

Poliqon xəbər verir ki, bu barədə Hindistanın müdafiə departamentinin mətbuat xidməti məlumat yayıb.

“Tədbirdə iştirak etmək üçün 150-dən çox dost ölkənin səfirlərinə və ali komissarlarına dəvət göndərilib”, məlumatda deyilir.

Hindistan Müdafiə Nazirliyinin qeyd edib ki, ölkələrin diplomatları Aero India 2025-in əsas tədbirləri barədə məlumatlandırılacaq, həmçinin yüksək səviyyəli rəhbərliyi üçün müdafiə nazirindən şəxsi dəvət alacaqlar.

Bildirək ki, Asiyanın ən böyük hava şousu Aero India 2025, fevralın 10-dan 14-dək  Karnatakada keçiriləcək.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr