AZ

Abituriyentlərimtahanlara doğru hazırlaşmır? - "...ballarına ciddi təsir edir"

 Müşahidələrimiz göstərir ki, ali təhsil müəssisələrinə hazırlaşan bir çox abituriyent ilk növbədə buraxılış imtahanlarına fokuslanır. Buraxılış imtahanlarını verdikdən sonra isə abituriyentlər əsasən 1-2 ay müddətində blok imtahanlarına hazırlaşmağa başlayırlar. Ümumiyyətlə, bu hazırlaşma metodu onların nəticələrinə necə təsir edir? TehsilForumu.Az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) danışıb. O qeyd edib ki, buraxılış imtahanında 250-300 bal aralığında nəticə əldə edən abituriyentlər blok imtahanında eyni göstəriciləri nümayiş etdirə bilmirlər:“Abituriyentlər buraxılış imtahanına daha çox diqqət yetirir və əsasən Azərbaycan dili, riyaziyyat, xarici dil fənlərinə hazırlaşmağa daha çox üstünlük verirlər. Bu isə blok imtahanına hazırlıqlarını gecikdirilməsinə səbəb olur və yekunda ümumi nəticələrinə mənfi təsir göstərir. Abituriyentlərin böyük əksəriyyəti buraxılış imtahanında yaxşı nəticə əldə etməyə çalışır. Bəzi hallarda həqiqətən də buraxılış imtahanında uğurlu nəticələr göstərirlər. Lakin buraxılışdan 250-300 bal aralığında nəticə əldə edən abituriyentlər blok imtahanında eyni göstəriciləri nümayiş etdirə bilmirlər”.Ekspert qeyd edib ki, statistik olaraq, buraxılış imtahanında 150 baldan yuxarı nəticə göstərən abituriyentlərin bir çoxu blok imtahanında hətta 100 bal həddini keçə bilmirlər:“Bunun əsas səbəbi buraxılış imtahanına hazırlaşarkən blok fənlərinin bir növ diqqətdən kənarda qalmasıdır. Buna görə də abituriyentlər həm buraxılış, həm də blok fənlərinə paralel şəkildə hazırlaşmalıdırlar.Buraxılış imtahanını imtahana ən azı bir ay qalmış təkrar etmək faydalı ola bilər. Lakin iki-üç ay qalmış blok fənlərini kənara qoyub yalnız buraxılışa hazırlaşmaq ümumi nəticələrə mənfi təsir göstərə bilər. Bu səbəbdən, abituriyentlərin hər iki istiqaməti nəzərə alması vacibdir”. 

Seçilən
14
1
tehsilforumu.az

2Mənbələr