AZ

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi iləbirləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti vəSamur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisihaqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğunolaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindənaparılan işlər davam etdirilir.

Trend xəbər verir ki, bununla bağlı AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Agentlik tərəfindən uzunluğu 104 metr, 3 aşırımdan ibarət yenikörpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnikacəlb edilib.

4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarınınsayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametriisə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə80 ədəd təşkil edir.

Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqlainşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyadasəkilərinin tikintisi də nəzərdə tutulub.

Qeyd edək ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə mövcudkommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərəkərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinəyetirilib. Belə ki, körpünün Samur-Abşeron su kanalı tərəfində olanhissəsi tam olaraq sökülüb, dəmir yolu üzərində keçən hissə üzrəkörpünün üst qatı götürülüb, hazırda dayaqların söküntüsü işlərihəyata keçirilir.

Körpünün Saray qəsəbəsi hissəsi üzrə kənar və orta dayağınsvayları 40 ədəd (20x20) tikilib, kənar və orta dayaqların özülləribetonlanıb, hazırda orta dayağın sütunlarının betonlanması işləriaparılır.

Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirənvə 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyətiqurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib vəməsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən,konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurlarınmövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkaredilib.

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri vəmüzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi vəyerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Qərara əsasən, mövcud körpünün sökülməsi və yeni körpünün inşasıAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunub.

Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Seçilən
44
21
az.trend.az

10Mənbələr