AZ

Magistraturaya sınaq imtahanı: Sualların səviyyəsi qəbulla eyni olacaq? 

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı həyata keçiriləcək.

 

Maraqlıdır, sınaq imtahanında göstərilən nəticə qəbul imtahanında toplanılan nəticə ilə eynilik təşkil edə bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, ümumiyyətlə qəbul imtahanları ilə müqayisədə magistraturanın sınaq imtahanlarında iştirak edənlərin sayı az olur:

 

“Dövlət İmtahan Mərkəzi sınaqları hazırlayarkən adətən qəbul imtahanlarına uyğun suallar tərtib edir ki, bakalavrlarda çaşqınlıq yaranmasın.

 

Belə bir deyim var ki, məhz sınaq imtahanında nəticələr yüksək olarsa, bu, qəbul imtahanında yer alacaq suallarının çətin olmasına bir işarədir. Lakin sınaq imtahanı bakalavrların bilik və bacarıqlarının yoxlanılması üçün bir fürsətdir. Nəzərə alsaq ki, sınaq imtahanlarında iştirak edənlərin sayı qəbula nisbətdə az olur və bunu əsas götürmək tam doğru olmazdı. Amma burda sual faizini əsas götürmək olar. Məsələn, filan tipdə olan suallara cavab verənlərin faizi çox yüksəkdir. Hesab edirəm ki, sınaq imtahanları bakalavrlar üçün olduqca yaxşı vasitədir. Həmçinin, burda onların təkcə bilikləri yoxlanılmır, həm də təyin edilmiş vaxtdan düzgün idarə edə bilmələri üçün yönəlmiş bir addımdır.

 

Bu nöqteyi-nəzərdən sınaq imtahanları tələbələrin vaxtdan səmərəli şəkildə istifadə edə bilmələri üçün də faydalıdır. Əgər sınaqda bakalavr zəif nəticə göstərmiş olsa, bu o demək deyil ki, qəbulda da belə olacaq. Sınaq imtahanları sayəsində tələbələr özündə boşluğu görə biləcəklər. Hansı mövzuları zəif bildiyini biləcək və özündə güc tapıb həmin bölmələri daha da dərindən mənimsəməyə başlayacaqdır. Ona görə də hesab edirəm ki, sınaq imtahanlarını yüksək qiymətləndirmək lazımdır”.

Seçilən
10
azedu.az

1Mənbələr