AZ

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan amili – ŞƏRH

Bakı. Trend:

Prezident İlham Əliyevin yerli televiziya kanallarınamüsahibəsində Azərbaycanın enerji sektorunda qarşıdakı illərdəplanlaşdırılan strateji addımlarla bağlı verdiyi açıqlamalar,ölkənin qaz istehsalı sənayesində yeni mərhələyə qədəm qoyacağındanxəbər verir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı MüşfiqCəfərov deyib.

Deputat bildirib ki, Ukraynada hərbi əməliyyatlar başlayandanbəri Avropanın enerji bazarında təbii qazın qiyməti artmaqlayanaşı, Avropanın enerji təhlükəsizliyinə də təhdid yaranıb:

“Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazınqiyməti 30 % artıb. “Qazprom”un açıqlamasına görə, əvvəlki illərdənfərqli olaraq Avropaya qaz ixracının həcmi 10 dəfə azalıb.Beynəlxalq Enerji Agentliyinin hesabatında isə göstərilir ki, ötənil Rusiyanın qaz ixracı 60 % azalıb. Ukraynanın öz ərazisindənRusiya qazının tranzitinə imkan verməməsi və Avropa İttifaqının rusqazından tamamilə imtina etmək niyyəti buna əsaslı şəraityaradıb.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bu gün enerjitəchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerjitəhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır”. HazırdaAzərbaycandan İtaliyayadək uzanan Cənub Qaz Dəhlizi boru kəmərisistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu 10ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqınınüzvüdür”.

Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycanın Avropanın enerjitəhlükəsizliyinin təmin olunmasındakı rolu yalnız təbii qaz ixracetməklə deyil, həm də vasitəçi ölkə kimi iştirak etməklə dəAvropanın qaz məsələsindəki probleminin həllinin təminatçısınaçevrilir.

“Ümumiyyətlə, Azərbaycanın qaz sənayesindəki strateji addımlarıtəkcə iqtisadi artımı təmin etmir, digər regionlar üçün etibarlıqaz tədarükçüsü mövqeyini gücləndirir. Prezident İlham Əliyevmüsahibəsində bu sahədəki prioritetləri vurğulayaraq, ölkəninenerji potensialının həm hasilat artımı, həm də geosiyasi təsirvasitəsi kimi səmərəli istifadə olunacağını qeyd edib”, - millətvəkili vurğulayıb.

Milli Məclisin deputatı Vüqar Bayramov isəTrend-əaçıqlamasında bildirib ki, Azərbaycan Avropa və bütövlükdə regionunenerji təhlükəsizliyinə töhfə verən ölkədir:

“Nəzərə alsaq ki, Azərbaycanın mavi qazı 2020-ci il dekabrın songünündən etibarən Avropa bazarına daxil olub, ötən müddətdəbütövlükdə Avropa bazarına 49 milyard kubmetrdən artıq Azərbaycanmavi qazı nəql edilib. Bu isə ondan xəbər verir ki, mavi qaz,bütövlükdə ixracatın artması Azərbaycanın Avropa və regionun enerjitəhlükəsizliyinə töhfəsinin yüksəlməsi müşahidə olunur. 2024-cüilin 11 ayında Azərbaycanın Avropaya mavi qaz ixracatı 8 % artıb.Azərbaycan növbəti illərdə Avropaya illik 20 milyard kubmetrə yaxınmavi qaz nəql etmək niyyətindədir”.

Millət vəkili xatırladıb ki, Azərbaycan mavi qazını alanölkələrin sayı 12-yə çatıb:

“Bu isə ondan xəbər verir ki, Azərbaycanın enerji siyasəti,strategiyası bir tərəfədən ölkənin dövlət gəlirlərinin artmasına,digər tərəfdən regionun təhlükəsizliyinin möhkəmlənməsinə xidmətedir. Və xüsusən nəzərə alsaq ki, Cənub Qaz Dəhlizinin reallaşmasıbirbaşa Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkünoldu. Cənub Qaz Dəhlizi Avropa İttifaqının Rusiya-Ukraynamüharibəsindən sonra enerji, təbii qaza ciddi ehtiyacı olduğudövrlərdə qitənin enerji təhlükəsizliyinə xüsusi töhfə verdi.Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql etdiyi maviqazın həcmini artırdı”.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan enerji keçidinidəstəkləyən, regionda alternativ mənbələrdən enerji istehsalına ənçox sərmayə yatıran ölkələrdən biridir.

“Son illərdə Azərbaycanda “yaşıl enerji”yə 1 milyard dollardançox xarici sərmayə cəlb edilib. Bu eyni zamanda ondan xəbər verirki, Azərbaycan ənənəvi enerji resurslarını hasil və ixrac etməkləyanaşı, enerji keçidini, səmərəliliyini dəstəkləyən və buistiqamətdə bəlli hədəflərə malik olan ölkədir. Bu ona imkanverəcək ki, Azərbaycanla Avropa İttifaqı arasında bağlanmışanlaşmaya əsasən, ölkəmiz 2027-ci ildən etibarən öz “yaşılenerji”sini Gürcüstan və Qara dəniz vasitəsilə Avropa İttifaqınaçıxara biləcək. Bu isə Azərbaycanın regionun enerjitəhlükəsizliyinə töhfəsində yeni mərhələnin başlanğıcı olacaq”, -deputat əlavə edib.

Seçilən
28
az.trend.az

1Mənbələr