AZ

Surxandəryada Özbəkistan - Əfqanıstan bazarı - REPORTAJ

Yazını böyüt
Yazını kiçilt

Özəkistanın göneyində yerləşən Surxandərya vilayətində 120 hektar ərazidə inşa edilən Özbəkistan - Əfqanıstan müştərək bazarı əfqan və özbək xalqı üçün çox vacib məkandır.

Hafta.az-ın yazdığına görə, “Daryo”nun müxbiri daha ətraflı məlumat almaq üçün bu bazara yollanıb, mağaza sahibləri, alıcı və ziyarətçilərlə söhbətləşib.

Əfqanıstan - Özbəkistan müştərək bazarında iki ölkə vətəndaşları üçün otellər, xəstəxanalar, restoranlar və digər iaşə obyektləri yaradılıb, əfqan investorlar da bura sərmayə yatıra bilərlər.

Bazarda 500 mağazanın fəaliyyət göstərdiyi və onlarla əfqanın burada bizneslə məşğul olduğu bildirilir. Əfqanıstan vətəndaşları bu bazara vizasız gələ, bazar otellərində 15 günə qədər qala və bizneslə məşğul ola bilərlər.

Bununla belə, Taliban hökuməti birgə bazarı ziyarət etmək niyyətində olan əfqan qadınlara məhdudiyyətlər qoyub. Belə ki, birgə bazara yalnız 40 yaşdan yuxarı qadınlar girə bilər.

Əfqan satıcılar hesab edirlər ki, bu bazarın yaradılması iki ölkə xalqının iqtisadi yüksəlişi və inkişafı üçün çox faydalıdır.

Nəvidulla Məzari Şərif şəhərində dükan işlədir, bura atası ilə birlidə yumurta və yağ almaq üçün gəlib. O bildirib ki, bazarda satılan məhsullar Məzari Şərif bazarındakından bir qədər bahadır.

Buna baxmayaraq, bir sıra əfqan iş adamları hesab edirlər ki, bu bazarın yaradılması ölkə iqtisadiyyatının yüksəlişi üçün çox vacibdir.

İş adamı Məhəmməd Lətif bazarın yaradılmasının Əfqanıstan və Özbəkistan üçün faydalı olduğunu, hər iki ölkənin sahibkarlarının biznesinin artacağını, iki qonşu ölkə arasında münasibətlərin yaxşılaşacağını bildirib.

Məkanı görməyə gələn Məhəmməd Sərdar müştərək bazarın yaradılmasından çox məmnun olduğunu bildirib.

“Bu, qonşu ölkələr arasında yaxşı münasibətlərin əlamətidir və biz bu əlaqələri inkişaf etdirməyə çalışmalıyıq. Çünki bu bazar iki ölkənin ticarətçiləri üçün də sərfəlidir”, - deyə o bildirib.

Qeyd edək ki, birgə bazara daxil olan əfqanlara burada ABŞ dollarından istifadə etmək qadağandır. Məhsulları yalnız Əfqanıstan və Özbəkistanın milli valyutası ilə almaq olar.

Seçilən
4
hafta.az

1Mənbələr