AZ

Bakıda avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur

Bakı.Trend:

Bakı şəhərində avtobus sayının 2800-ə çatdırılması nəzərdətutulur.

Trend xəbərverir ki, bunu jurnalistər üçün keçirilən keçirilən mətbuatkonfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarəheyətinin sədri Anar Rzayev deyib.

"2022-ci ilin sentyabr 15-də gün ərzində fəaliyyət göstərənavtobusların orta sayı təxminən 1720 olduğu halda, bu göstərici2023-cü ildə təxminən 1950 ədədə, 2024-cü ildə isə 2160-ə qədərartırılmış, marşrutların pik vaxt yüklənməsi 100%-dən aşağısalınıb. O bildirib ki, Bakı şəhərində avtobus sayının 2800-əçatdırılması nəzərdə tutulur", - o bildirib.

Qeyd edək ki, Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfərsərnişin daşınıb, 2023-cü il ilə müqayisədə 28 milyon nəfərsərnişin artımı müşahidə edilib. 11 avtobus marşrutu üzrə 154avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2marşrut yaradılmışdır.

200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165ədəd elektrik avtobusu daşımalara cəlb edilmişdir. Özəl daşıyıcılartərəfindən 60 ədəd yeni avtobus gətirilmiş və bir hissəsi artıqistismara buraxılmışdır. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən100-dən artıq avtobusun gətirilməsi gözlənilir.

Məqalədə:
Seçilən
18
9
az.trend.az

10Mənbələr