Bakı.Tremd:
Bakı şəhərində təxminən 2 324 parklanma məntəqəsi üzrə 20 755parklanma yeri təşkil olunub.
Trend xəbərverir ki, bunu bu gün jurnalistər üçün keçirilən mətbuatkonfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarəheyətinin sədri Anar Rzayev deyib.
Sədr qeyd edib ki, parklanma yerlərinin təxminən 11%-i Mərkəz,48%-i 1, 30%-i II, 10%-i III və 1%-i IV zonada yerləşir.
“Parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsiməqsədilə sistem istifadəyə verilmişdir. "AzParking" mobil tətbiqiistifadəyə verilmiş və parkinq ödənişlərinin yalnız nağdsız qaydadaödənilməsi imkanı yaradılmışdır. Fərdi parklanma talonlarınınsistem üzərindən tam elektron şəkildə verilməsi təmin edilmişdir.Ötən dövr ərzində verilən fərdi parklanma talonlarının sayı 19242ədəd təşkil edib", - o bildirib.
Onun sözlərinə görə, parklanma sahəsində yeni paradiqmayaradılmış və parklanma yerlərinin əlçatanlığı təmin edilib.
"Xətai bağı ətrafında və İçəri şəhər "Qoşa Qala" qapısıqarşısında piyada zonası yaradılılıb.
Şəhərin bəzi mərkəzi küçələrinin (Z.Əliyeva, T.Əliyərbəyov,H.Z.Tağıyev, Y.Məmmədəliyev, Ə.Əlizadə küçələri) həftəsonları vəbayram günləri piyadaların istifadəsinə verilməsi təminedilir”,-deyə A. Rzayev qeyd edib.