AZ

"Meşələrimizi qorumasaq, böyük fəsadlarla üzləşəcəyik" – İradə Həsənova

"Səma və Eko sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova iqlim dəyişikliyi və insan faktorunun yaratdığı fəsadlara diqqət çəkib. O bildirib ki, iqlim dəyişiklikləri Avstraliyada, Rusiyada, Türkiyədə və digər ölkələrdə meşə yanğınlarına səbəb olur.

QHT.az xəbər verir ki, İctimai birliyin sədri qeyd edib ki, gələcəkdə içməli su ehtiyatının azalması təhlükəsi var və meşələrin qorunması bu problemin həllində mühüm rol oynayır. "Meşə sahələri su ehtiyatını toplayan mənbədir. Əks halda, dəniz suyunun filtrasiya edilib insanlara verilməsi nəzərdə tutulur. İnsanlar sudan düzgün istifadə etməlidir, çünki bu gələcək nəsillər üçün təhlükədir," – deyə o vurğulayıb.

QHT sədri meşələrin qorunmasının vacibliyini və iqlim dəyişikliklərinə qarşı mübarizədə hər kəsin məsuliyyət daşıdığını qeyd edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
40
qht.az

1Mənbələr