Norveç 2024-cü ildə təbii qaz hasilatını rekord səviyyəyə çatdırıb.
Poliqon xəbər verir ki, bu barədə Norveç Dəniz Müdirliyinin (NOD) press-relizində deyilir.
Ümumilikdə 124 milyard kubmetr təbii qaz satılıb. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə satış 122,8 milyard kubmetr təşkil edib.
"Rusiyadan Ukrayna üzərindən qaz nəqli ilin sonunda başa çatdığından, Norveçdən gələn qaz daha da vacib olub", deyə NOD-un baş direktoru Thorgeir Stordal bildirib.
Onun sözlərinə görə, elektrik enerjisi ixracı bu günlərdə aktual mövzudur.
"Bizim qaz ixracımızın enerji intensivliyi xalis elektrik enerjisi ixracından təxminən 100 dəfə yüksəkdir", deyə o əlavə edib.
Baş direktor qeyd edib ki, ümumi istehsal yüksək və sabit səviyyədə qalacaq:
"2024-cü ildə bu, təxminən 240 milyon kubmetr neft ekvivalentinə (1,510 milyon barel neft ekvivalentinə) çatıb. Bu, 2009-cu ildən bəri ən yüksək səviyyədir".
Poliqon.info