AZ

“Türkiyənin terrorla mübarizəsi davam edəcək” - Hulusi Akar

“Türkiyə olaraq son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik. Buna heç kimin şübhəsi olmasın”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar deyib.

O bildirib ki, millətimizi 40 ildir davam edən bu bəladan xilas edəcəyik.

Akar Suriyadakı hadisələrə də toxunaraq qeyd edib: 

"Digər tərəfdən Türkiyə olaraq Suriyanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü kimi mövzularda edilməsi lazım olan hər şeyə öz töhfəmizi vermişik və etməyə də davam edirik. Bizim arzumuz müstəqil, suveren, demokratik Suriyanın sülh içində olmasıdır”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr