Bakı. Trend:
İslam dinini təhqir etmiş, qalmaqalları ilə tanınan Şri-Lankalıbuddist rahib Qalaqodatte Qnanasar Kolombo Maqistrat məhkəməsininqərarı ilə 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Trend xəbər verirki, bu barədə BBC məlumat yayıb.
Qeyd edilir ki, o, 2016-cı ildə yerli mediaya verdiyi açıqlamadaİslam dininə qarşı aşağılayıcı ifadələr işlətməkdə və dini zəminlinifrət yaymaqda təqsirli bilinib.
Azadlıqdan məhrum edilmiş buddist rahibin 2022-ci ildəŞri-Lankada kütləvi etirazlar və siyasi böhrandan sonrahakimiyyətdən getməyə məcbur qalmış keçmiş prezident QotabayaRajapaksanın yaxın müttəfiqi olduğu bildirilir.