Vaşinqtondakı Katedral Kilsəsində 30 dekabrda vəfat edən ABŞ-ın keçmiş prezidenti Cimmi Karterə vida mərasimi keçirilib. Mərasimdə, Karterin cənazəsi ABŞ bayrağına bürünmüş şəkildə hərbçilər tərəfindən Kapitolun şərq pilləkənləri ilə daşınıb. Sonra keçmiş prezidentin cəsədi Katedral Kilsəsinə gətirilib. Mərasimdə Karterin xatirəsinə 21 toplu atəş açılıb.Mərasimə ABŞ-ın hazırkı prezidenti Co Bayden və seçilmiş prezident Donald Tramp, həmçinin bütün həyatda olan keçmiş prezidentlər - Barak Obama, Corc Buş və Bill Klinton da qatılıblar. Bayden, mərasimdə çıxış edərək, Cimmi Karterlə olan dostluğunun ona şəxsiyyətin gücünün, hakimiyyət və titullardan daha böyük bir şey olduğunu öyrətdiyini vurğulayıb.Karterin həyatına və prezidentlik dövrünə həsr olunmuş mərasimdən sonra, onun cəsədi doğma ştatı Corciyaya göndəriləcək. Orada Maranata Baptizm Kilsəsində xatirə mərasimi keçiriləcək, sonra isə Karter həyat yoldaşı Rozalin ilə birlikdə doğma şəhəri Pleyndə dəfn ediləcək.9 yanvar tarixində ABŞ prezidenti Bayden, Cimmi Karterin ölümünə görə milli matəm günü elan edib. Xatirladaq ki, Cimmi Karter 30 dekabr gecəsi 100 yaşında vəfat edib.Səidə Mustafa
Diqqət Çəkənlər
İtaliyanın Belkastro şəhərinin meri yerli sakinlərə xəstələnməyi qadağan edib
NATO-nun baş katibi Rütte müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməyə çağırıb
AFP: ABŞ, Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım ayıracağını açıqlayıb