AZ

“Nyukasl”ın sabiq qapıçısı "Şalke"də

"Liverpul"un və "Nyukasl"ın keçmiş qapıçısı Loris Karius karyerasını davam etdirmək üçün Almaniyaya qayıdıb.

İdman.biz xəbər verir ki, bu barədə “Sky Sports”ın jurnalisti Florian Plettenberq məlumat yayıb.

Bildirilib ki, Karius II Bundesliqa təmsilçisi "Şalke 04"lə mövsümün sonuna qədər müqavilə imzalayıb. Qolkiper artıq tibbi müayinədən keçib.

Qeyd edək ki, "Şalke" 17 turdan sonra 20 xalla çempionatın turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.

İdman.biz

Seçilən
21
idman.biz

1Mənbələr