AZ

“Rusiya İsrailin Suriyadakı İran hədəflərinə hücumları zamanı radarlarını da söndürüb” - SEPAH generalı

“Rusiya Suriyada İran və devrilmiş prezident Bəşər Əsəd rejimi ilə ikili oyun oynadı”.

Missiya.Az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behrus Esbati deyib.

Onun sözlərinə görə, Rusiya aviasiyası suriyalı üsyançılara hücum etmək əvəzinə boş səhranı bombalayıb.

Esbati həmçinin qeyd edib ki, Rusiya İsrailin Suriyadakı İran hədəflərinə hücumları zamanı radarlarını da söndürüb.

O, əlavə edib ki, Əsəd rejiminin süqutunun əsas səbəblərindən biri Suriya daxilində korrupsiya idi. Yüksək rütbəli məmurlar və generallar arasında rüşvətxorluq da çox yayılmışdı.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
26
missiya.az

10Mənbələr