Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal olunan ANKA pilotsuz uçuş aparatı (PUA) “Roketsan” şirkətinin L-UMTAS lazer tuşlamalı uzun mənzilli tank əleyhinə raketi ilə atış sınağı həyata keçirib.
“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ şirkəti məlumat yayıb.
Bildirilib ki, sınaq zamanı ANKA pilotsuz uçuş aparatı L-UMTAS raketi ilə təyin edilən hədəfi 15 min fut məsafədən dəqiqliklə vurub.