Bakı. Trend:
Rusiya şirkəti “NQP İNFORM” Məhdud Məsuliyyətli CəmiyyətininAzərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldəedib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti̇, ev 25E ünvanınabildirə bilərlər.
Qeyd edək ki, filial Azərbaycanda 2022-ci ilin aprelində dövlətqeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Orucov Rüfət Elçinoğludur.