AZ

Rusiyada uşaq aviabiletləri endirimli qiymətlərlə satılmağa başlayacaq - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın bütün aviaşirkətləri yanvarın 10-dan uşaq biletlərinə 50 faiz endirim edəcək. 

Bu il yanvarın 1-dən ümumi sərnişin axınının 95 faizini təmin edən 23 iri aviaşirkət artıq bütün Rusiya ərazisində 12 yaşa qədər uşaqlar üçün müvafiq endirimlər tətbiq edib. Onların arasında  Aeroflot , Pobeda, Red Wings və başqaları var.

O cümlədən, iki yaşa qədər uşaqlar oturacaqsız bilet alanda ölkə daxilində 100%, xaricə isə 90% endirimlə daşınır. Bundan əlavə, Kalininqrad və Uzaq Şərqdən subsidiyalı uçuşlar üçün bilet alarkən 12 yaşa qədər uşaqlara 25 faiz endirim edilir.

Nəqliyyat naziri Roman Starovoyt da vurğulayıb ki, yanvarın 1-dən indiyədək 260 mindən çox uşaq 50 faiz endirimlə daşınıb. Yanvarın sonuna isə 870 mindən çox endirimli uşaq bileti satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
olaylar.az

1Mənbələr