Amerika Birləşmiş Ştatlarının (ABŞ) Los-Anceles vilayətindəki meşə yanğınlarını hələ də nəzarət altına almaq mümkün olmayıb.
“Cebheinfo.az” xəbər verir ki, son məlumatlara görə, yanğınla mübarizəyə 7 min 500-dən çox yanğınsöndürən cəlb edilib.
Azərbaycanlı müğənni Nura Surinin oğlu da yanğın bölgəsində olub.
Bu haqda müğənni özü sosial şəbəkə hesabında paylaşıb edib. “Yanğın böyük oğlumun evinə çatır. Həyəcandan yatmamışam”,-deyə N.Surinin paylaşımında qeyd olunub.
Daha sonra müəğənni səhər saat 07:01 radələrində oğlunun təxliyyə olunmasına başlanıldığını yazıb. Qeyd edək ki, ABŞ-dəki yanğın nəticəsində yüzlərlə ev kül olub, 100 mindən çox insanın bölgədən təxliyə olunması üçün iş aparılır. 1.6 hektar əraziyə yayılan yanğında azı 5 nəfərin həyatını itirdiyi bildirirlir.