AZ

Rusiyanın 40 regionunda 100-dən çox yeraltı silah ustası saxlanılıb

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın 40 regionunda 109 yeraltı silah ustasını saxlayıb.

Herbiand.az bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Saxlanılan şəxslərdən ümumilikdə 355 ədəd yerli və xarici istehsal olan odlu silah götürülüb. Bunlar pulemyotlar, avtomatlar, tapança-avtomatlar, tapançalar, revolverlər, tüfənglər, karabinlər, qumbaraatanlar, minaatanlar, qumbaralar, piyada və tank əleyhinə minalar, 35 kiloqramdan çox partlayıcı maddələr (barıt, trotil), 94,6 mindən çox patron və s.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri tərəfindən silahların modernləşdirilməsi və döyüş sursatlarının istehsalı üzrə 38 yeraltı sexin fəaliyyəti aşkar edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
15
herbiand.az

1Mənbələr