AZ

"İnter Mayami"dən Neymar açıqlaması

style='margin-bottom:10px;'>

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano "Əl-Hilal"ın futbolçusu Neymarı transfer edəcəkləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

QOL.az goal.com-a istinadən xəbər verir ki, mütəxəssis bu məlumatları şayiə adlandırıb:

“Neymar haqqında danışa bilmərik, çünki əlimizdə heç nə yoxdur. Təbii ki, o, əla oyunçudur. Dünyanın istənilən məşqçisi Neymarı öz komandasında görmək istəyərdi. Lakin siz MLS-də maaş limiti qaydalarını bilirsiniz. İndi bizim Neymarı transfer etmək imkanımız yoxdur”.

Qeyd edək ki, Neymar 2023-cü ilin yayından "Əl-Hilal"ın futbolçusudur. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. Braziliyalı oyunçu bu mövsüm zədələr səbəbindən cəmi 2 matçda meydana çıxıb.

Seçilən
20
1
teleqraf.com

2Mənbələr