Bakı, 10 yanvar, AZƏRTAC
Bu gün basketbol üzrə Avroliqada XX turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, basketbol azarkeşləri beş qarşılaşmaya şahidlik edəcəklər.
Türkiyənin “Anadolu Efes” klubu doğma meydanda Fransanın “Lion Vilyurban” komandası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Günün digər oyunları:
22:00. “Zalgiris” (Litva) – “Real Madrid” (İspaniya)
23:00. “Qızıl Ulduz” (Serbiya) – “Paris” (Fransa)
23:15. “Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya)
23:45. “Virtus” (İtaliya) – “Baskonia” (İspaniya)
Qeyd edək ki, turun ötən gün keçirilmiş açılış matçında Türkiyənın digər təmsilçisi “Fənərbağça” Almaniyanın “Alba” klubunu 90:73 hesabı ilə məğlub edib.