Kolumbiyanın qərb sahillərində 5.7 maqnitudalı zəlzələ olub.
APA xəbər verir ki, bu barədə Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) məlumat yayıb.
Bildirilib ki, zəlzələ 10 kilometr dərinlikdə olub.
İtki və xəsarət alanlar barədə məlumat yoxdur.