Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 53 milyard 867 min manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, pərakəndə ticarət dövriyyəsinin 26 milyard 369 min manatını fərdi sahibkarlar tərəfindən həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.
Pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 15 milyard 216 milyon manat, bazar və yarmarkalar üzrə 12 milyard 281 milyon manat təşkil edib. Bunlar da müvafiq olaraq, 9,7% və 3,1% çoxdur.
Əvəz Həsənov