AZ

Dava düşdü, Paşinyan iclası tərk elədi

Ayk ilə Ayk savaşıb, Anahit onları ayırmağa çalışıb

Hurriyyet.az xəbər verir ki, Ermənistanda hakim partiyanın iclasında dava düşdüyü üçün ölkənin Baş naziri Nikol Paşinyan tədbiri tərk edib. Bu barədə "Sputnik Ermənistan" informasiya agentliyi məlumat verib.

Hakim "Mülki müqavilə" partiyasından olan deputat Ayk Sarkisyan ilə Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan partiyanın iclasında, hökumət başçısı Nikol Paşinyanın qarşısında bir-birini təhqir etməyə başlayıblar.

Münaqişənin səbəbi Sarkisyanın regionun meşə ağaclarının qanunsuz şəkildə qırılmasını bəyan etməsi olub. Deputat qubernatoru Tavuşda ekoloji vəziyyəti korlamaqda ittiham edib. Söz savaşı təhqirlərə, ardından əlbəyaxa davaya çevrilib. Davanın böyüdüyünü görən Baş nazir iclası tərk edib. Səhiyyə naziri Anahit Avanesyan davaya müdaxilə etməyə və deputat ilə qubernatoru sakitləşdirməyə çalışıb, lakin gərginlik daha da artıb.

Hürr Tərcüman

Seçilən
18
13
hurriyyet.az

8Mənbələr