AZ

Rusiyanın BRİKS qeyri-müəyyənliyi: Türkiyəyə tələ qururlar?

Suriyada Əsədin devrilməsindən sonra Türkiyə-Rusiya münasibətlərinin gələcəyi müzakirə olunmağa davam edir. Ən maraqlı mövzulardan biri də Rusiya və Çinin Türkiyənin BRİKS üzvlüyünə münasibətidir.

Publika.az xəbər verir ki, Suriyada Əsəd və Baas rejiminin devrilməsindən sonra bütün gözlər Türkiyənin BRİKS-ə üzvlük prosesinə çevrilib. Moskva rəhbərliyinin Türkiyəyə növbəti münasibəti maraq doğuran mövzular sırasındadır. İctimai rəy və diplomatiya dəhlizlərində Türkiyə-Rusiya və Türkiyə-Çin əlaqələrinin gələcəyi müzakirə edilir.

Politoloq Umur Tuqay Yücel bildirib ki, Suriyadakı hadisələrin Türkiyənin BRİKS üzvlüyünə təsiri olduqca məhduddur:

“Çünki Suriya BRİKS üzvü deyil. Bundan başqa, İran və Birləşmiş Ştatlar kimi uzun müddətdir qarşıdurma yaşayan iki ölkə var. Ərəb Əmirlikləri BRİKS-ə üzv oldu, Türkiyənin BRİKS üzvlüyünün l bir çox qlobal faydası olacağı üçün bu mövzuda problem gözləməməliyik. Təbii ki, Çin, Rusiya və İran yeni reallıqdan məmnun olmasalar da, Türkiyənin regionun əsas güclərindən biri olduğunu gözdən qaçırmırlar. Trampın qayıdışı və qlobal qeyri-müəyyənliyin, müharibə və sanksiyaların artdığı bir vaxtda, Çinin Türkiyə ilə əməkdaşlığı artacaq”.

Yücel Tehran rəhbərliyinin Türkiyə ilə bağlı son açıqlamalarına belə cavab verib:

Seçilən
10
publika.az

1Mənbələr