İngiltərənin "Liverpul" və "Nyukasl" klublarının keçmiş qapıçısı olan Loris Karius karyerasını davam etdirmək məqsədilə Almaniyaya qayıdıb.
Bakıvaxtı.az-ın "Sky Sports"a istinadla verdiyi xəbərə görə, o, II Bundesliqa təmsilçisi olan "Şalke" ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Kariusun bu addımı onun futbol karyerasında yeni bir mərhələni işarə edir.
"Şalke" mövsümün əvvəlindən çətin günlər keçirir və hazırda II Bundesliqada 20 xalla 13-cü yerdə qərarlaşıb. Komanda üçün əsas məqsəd çempionatda daha yaxşı nəticələr əldə edərək yüksək liqaya qalxmaqdır.
Karius "Şalke"də qapıçı mövqeyini gücləndirərək komandanın bu məqsədə çatmasına kömək etməyə çalışacaq.
Qeyd edək ki, alman qolkiper 2018-ci ildə "Liverpul"da Çempionlar Liqasının finalında buraxdığı səhvlərlə yadda qalaraq tənqidlərin hədəfi olmuşdu. O vaxtdan bəri bir neçə klubda, o cümlədən, "Nyukasl"da qapıçı kimi fəaliyyət göstərmişdi.
Lakin onun son dövrlərdəki performansı müsbət qiymətləndirilməyib.
Əli Hüseynov