Ondan sonra bizə qarşı o məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələr başlamışdı. Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir".
Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi və Ermənistana sərt xəbərdarlıq edilən, onun havadarlarından birinin qarşısında açıq tələb qoyulan intervünün böyük reaksiya doğuracağı öncədən bəlli idi: "Mən İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Bakıya səfərini və ardınca da İrəvana getməsini məhz həmən reaksiyalardan biri kimi qiymətləndirirəm. Ermənistanın işğal dövründə "mədəni və dini abidələrimizi dağıtmasının, məscidlərimizi təhqirə məruz qoymasının, ibadət ocaqlarında donuz və inək saxlanmasının" bu haqda çox yaxşı bilgiləri olan İran rəsmisinin diqqətinə niyə çatdırıldığı yəqin aydındır. Əli Əkbər Əhmədianın "regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin bənzərsizliyi və bu cür qədim əlaqələri olan iki ölkəni tapmağın mümkünsuzlüyü" haqda fikirlərinin qarşılığında cənab İlham Əliyevin "xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlılğı"ndan söz salması təbii ki, səbəbsiz deyil. Yəni biz Azərbaycan torpaqları işğal altında olanda da, 44 günlük savaş zamanı da, ondan sonrakı dövrdə də rəsmi Tehranın necə bir siyasət yeritdiyini unutmamışıq. Bununla yanaşı İranla qarşılıqlı faydaya dayanan əlaqələrin genişlənməsində maraqlıyıq, ilk növbədə də ona görə ki, orada yaşayanların böyük bir hissəsini təşkil edən soydaşlarımızla cənab Prezidentin təbirincə desək, çox sıx tellərlə bağlıyıq. Azərbaycanın İrandan istədiyi biz ona yanaşmada necə davranırıqsa, qarşı tərəfin də o cür hərəkət etməsidir. Edəcəksə, xeyli xub, etməyəcəksə, rəsmi Tehran bundan kimin daha çox itirəcəyinin indi heç vaxt olmadığı qədər fərqindədir.
Fikrimcə, təkcə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibinin deyil, Avropa Birliyinin Cənubi Qafqaz üzrə özəl təmsilçisi Maqdalena Qrononun səfərini də cənab Prezidentin sözü gedən intervüsünə operativ reaksiya saymaq olar. Dövlət başçımızın Avropa Birliyinin təmsilçisinə Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını xatırlatmağa niyə ehtiyac duyulduğunun cavabı onun yerli telekanallara verdiyi intevüdə 5 aprel Brüssel görüşü ilə bağlı dediklərindədir. Ötən il aprelin 5-də ABŞ və Avropa Birliyinin Ermənistana həm də hərbi xarakterli hərtərəfli dəstəyi haqda razılığa gəlinən o görüşdən sonra ABŞ də, Avropa Birliyi də öz vasitəçiliklərini Makroncasına bada verdilər. Çox ehtimal ki, Brüsselin vasitəçiliklə bağlı növbəti təşəbbüsünün qarşılığında danışılqaırn ikitərəfli frmatda aparıldığı xatırladıldı. Mən belə düşnürəm ki, bu görüşlərin ardından Türkiyə Prezidenti cənab Ərdoğanın dövlət başçımıza dünənki telefon zəngi də bir növ həm haqqında söz gedən intervüyə, həm də intervüyə verilən reaksiyalara reaksiya xarakteri daşıyırdı. Hər iki Prezidentin əməkdaşlığımızın bütün sahələrdə bundan sonra "Bir millət, iki dövlət" prinsipi üzrə davam etdiriləcəyini vurğulamaları o deməkdir ki, yanvarın 7-də cənab İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına da, Ermənistanla havadarlarına xəbərdarlığına da, İran rəhbərliyi qarşısında qoyulan tələbinə də iki dövlətin bir fikri kimi yanaşılmalıdır".
Alim Hüseynli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31