Türkiyənin məşhur müğənnisi Edip Akbayramın səhhətində problem yaranıb.
Modern.az "CNN Türk"ə istinadən xəbər verir ki, sənətçi xəstəxanaya yerləşdirilib.
Daxili qanaxma ilə xəstəxanaya müraciət edən 74 yaşlı müğənni reanimasiyaya yerləşdirilib və intubasiya edilib.
Məlumata görə, sənətçi bir müddət öncə xəstəxanada pnevmoniyadan müalicə olunub.