AZ

Azərbaycan üzərindən keçən beynəlxalq dəhlizlərin inkişafında aparıcı rol oynayır

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyd edilən tranzitdaşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindənkeçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyininartırılması üzrə aktiv fəaliyyət göstərərək bu sahədə ölkəmizinbeynəlxalq koordinasiya fəaliyyətinin əsasiştirakçılarındandır.

Trend bu barədə səhmdar cəmiyyətə istinadənxəbər verir.

Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhliziŞərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhlizhesab olunur. ADY formalaşdığı 2017-ci ildən Orta Dəhlizin aktiviştirakçı və qurucularındandır. Çin, Qazaxıstan, Xəzər dənizi,Azərbaycan, Gürcüstan limanlarından keçməklə formalaşan əsasmarşrutun fəaliyyətinin təmin edilməsi ilə yanaşı, Azərbaycantərəfi bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının daformalaşdırılması üzrə əsas təşəbbüskar tərəf olmuşdur. Belə ki,tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyəüzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etməkməqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv vəbirbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşaedilib və 2017-ci ildə açılışı olub. Bununla yanaşı, 2024-cü ildəAzərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilindədaha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan,Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılmasıməqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya NəqliyyatMarşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması işlərinəbaşlanılıb. İştirak etdiyimiz dəhlizlərin fasiləsiz, etibarlı vəsəmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan,Qazaxıstan və Gürcüstan arasında üçtərəfli (“Middle CorridorMultimodal” LTD) və ikitərəfli (“BTKI Railways” LLC) birgəmüəssisələr yaradılıb.

Bundan başqa, Horadiz–Ağbənd layihəsinin tamamlanması, NaxçıvanMuxtar Respublikası və Türkiyə arasında yeni dəmiryol xəttininçəkilməsi, Naxçıvan MR ərazisində dəmiryol şəbəkəsininmodernləşdirilməsi və Naxçıvan MR ilə Azərbaycanın digər hissəsiarasında dəmiryol əlaqəsinin təmin edilməsindən sonra yekunnəticədə Orta Dəhlizin daha bir qolu formalaşacaq.

Seçilən
29
az.trend.az

1Mənbələr